"Report"un Qərb bürosu xəbər verir ki, hadisə İrəvanlı kəndi ərazisində baş verib.

Belə ki, yerli sakinlər kəndin ərazisində basdırılmış qadın meyiti aşkar ediblər və dərhal polisə məlumat verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları cəlb edilib. Hazırda qadının meyitinin basdırıldığı yerdən çıxarılması işləri aparılır.

İlkin məlumata görə, qadın bir müddət əvvəl qardaşı tərəfindən qətlə yetirilərək basdırılıb.