Qaradağda DƏHŞƏTLİ QƏZA: yığma komandamızın keçmiş üzvü öldü - FOTO

Qaradağda DƏHŞƏTLİ QƏZA: yığma komandamızın keçmiş üzvü öldü - FOTO

Bakının Qaradağ rayonunda qəza nəticəsində dünyasını dəyişən velosipedçinin şəxsiyyəti müəyyənləşdirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, ölən şəxs federasiyasının keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü Akif Abdullayevdir.
Allah rəhmət eləsin!
***
Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.
Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi BMW markalı avtomobillə yolu keçən iki velosipedçini vurub.
Arxada hərəkətdə olan KİA markalı avtomobildə BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 35 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi, 24 yaşlı Rəhimova soyadlı qız isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 





Xəbər 771 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR