"Qarabağ"ın qələbəsi Türkiyə mətbuatında

  • İDMAN

"Qarabağ" futbol komandasının bütün Azərbaycana yaşatdığı sevinc qardaş Türkiyə mediasında da işıqlandırılıb.

Publika.az xəbər verir ki. Türkiyə kütləvi informasiya vasitələrində "Qarabağ çempionlar liqasında”, "Qarabağ çempionlar liqasında ilk Azərbaycan komandası olaraq tarixə keçdi” və sair başlıqlar altında məqalələr dərc olunub.
Bundan əlavə qardaş ölkənin idman klubları da sosial şəbəkələrdəki hesablarında Qarabağı təbrik ediblər.
Türkiyənin "Beşiktaş" futbol klubunun rəsmi feysbuk səhifəsində doğma komandamızın fotoşəkili paylaşılaraq "Danimarka komandası Kopenhageni ələyərək Çempionlar Liqasında gruplara qalan Qarabağı təbrik edirik.
Salam olsun, Azerbaycanlı Beşiktaşlılar..” sözləri qeyd edilib.
Türkiyənin "Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü Ural Aküzüm Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ" futbol klubunu təbrik edib.
U.Aküzüm feysbuk səhifəsində yazıb: "Baba yurdumun komandası "Qarabağ Ağdam"la qürur duyduq. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək Azərbaycan üçün bir ilkdir! Qurban Qurbanov və yetirmələrinə uğurlar diləyirəm".
"İstanbul Başakşehir" komandası Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ"ı belə təbrik edib: "Bu mövsüm Çempionlar Liqasında iki türk komandası yer alacaq. Təbriklər, Qarabağ!"
 
Aktual.az
Xəbər 68 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR