Qarabağın işğalındakı bilinməyən səbəb - ABŞ KƏŞFİYYATI MƏXFİ SƏNƏDİ AÇDI

Qarabağın işğalındakı bilinməyən səbəb - ABŞ KƏŞFİYYATI MƏXFİ SƏNƏDİ AÇDI

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) ictimaiyyətə açıqladığı bir milyona yaxın məxfi sənədlər arasında Dağlıq Qarabağda erməni separatçılarının fəaliyyəti də öz əksini tapıb.

Publika.az xəbər verir ki, CİA-nın SSRİ üzrə agenti Robert Blekvellanın baş qərargaha göndərdiyi 1988-ci il 21 aprel tarixli məxfi məruzə isə Dağlıq Qarabağın işğalına işıq tutur.

Məruzədən belə anlaşılır ki, Moskva əvvəlcə yüksək status təklif etsə də, sonra erməni separatçılarının qarşısında geri çəkilir və Azərbaycan torpaqlarının işğalının əsasını qoyur.

"Ermənilər etiraz aksiyaları keçirdilər. Aprelin 5-də mitinqlər oldu. Aprelin 19-da SSRİ rəhbərliyi bu və digər məsələləri müzakirəyə çıxardı. İclasda islahatçılar və mühafizəkarların mübarizəsi, Mixail Qorbaçov və onun siyasəti müzakirə olunurdu. Həmçinin, Sovet İttifaqında etnik münaqişələr də müzakirə olundu, xüsusilə Qarabağ məsələsi üzrə sovet rəhbərliyinin atacağı addımlar. Ermənilər Qarabağın Azərbaycandan alınmasını tələb edirlər. Moskva yüksək status təklif edir. Misal üçün, erməni telekanalının açılması və s. Lakin "qamçı və kökə” siyasəti də ermənilərə təsir etmir. Ermənilər birbaşa Moskvaya təsir etməyi bacarırlar. Belə görünür ki, rəhbərlik onların tələbinə uyğun qərar qəbul edəcək”.

Məxfi məruzədə əlavə olunur ki, ermənilər 1915-ci il hadisələrini yad etmək üçün aprelin 24-də (qondarma erməni soyqırımı-red) yürüş keçirməyi planlaşdırır.

"Güman ki, Moskva onlara belə yürüş üçün icazə verəcək. Çalışacaq ki, mülayim liderlərdən istifadə etsin, lakin bu, nisbi sabitliyi poza bilər. Ciddi narahatlıq üçün əsas var”, - deyə Robert Blekvellanın məxfi qriflə göndərdiyi məruzədə qeyd olunur.

Bu məruzədən də görünür ki, həmin vaxt SSRİ rəhbərliyindəki ermənilər və ermənipərəstlər separatçıların qarşısından geri çəkilərək, əslində müharibəyə və Azərbaycan torpaqlarının işğalına səbəb olub.
 
 
 

 
 
Aktual.az
Xəbər 1960 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR