“Qarabağdakı separatçıları təmizləmə əməliyyatları başlayır” - ŞOK İDDİA

“Qarabağdakı separatçıları təmizləmə əməliyyatları başlayır” - ŞOK İDDİA

Azərbaycanın quru sərhədlərini tam qapatmasından sonra separatçıları qovma prosesi barədə müzakirələr artıb; politoloq: "Ölkəmizin 2 il ərzində gözləmə mövqeyi daha uzun müddət davam edə bilməz”

İkinci Qarabağ savaşı bitəndən az sonra Azərbaycanın separatçıların hələ də qalmaqda olan ərazilərində antiterror əməliyyatlarına başlaya biləcəyinə dair proqnozlar davamlı olaraq səslənib. Prezident İlham Əliyev də çıxışlarında revanşistlərə dəmir yumruğun daim yerində olduğunu dəfələrlə xatırladıb.

Son günlər Laçından ermənilərin çıxarılacağı ilə bağlı məlumatlar intensivləşib. Yeni yol istifadəyə verildikdən sonra  Laçının mərkəzinin Azərbaycanın nəzarətinə veriləcəyi şübhəsizdir. Ancaq Laçın koridoru boyunca yerləşən kəndlərin sakinləri separatçı rejimin təhriki ilə təxribatlar törədə bilərlər. Belə olan halda, Azərbaycanın qanuni yollarla hərbi gücə əl atacağı qaçılmaz olur, başqa yol qalmır.

Son günlərdə sosial şəbəkələrdə də antiterror əməliyyatlarına başlanacağı haqda müzakirələr də açılıb.

Müdafiə nazirinin son müşavirədəki bəyanatının, habelə bəzi hərbçilərin təlimə çağrılımasının, sərhədlərin Naxçıvandan da qapadılmasının təsadüfi olmadığı iddiaları var.

Ekspertlər nə deyir? Tezliklə antiterror əməliyyatı başlaya bilərmi?

Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır -

 Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev regionda vəziyyətin dəyişməsindən söz açdı: "Öncə onu qeyd edim ki, Ermənistanın cığallığı, ürəkbulandıran hərəkətləri, üzərindəki öhdəliklərdən qaçma cəhdi ilk hadisə deyil və zaman-zaman belə hallarla çox rastlaşmışıq. Təsəvvür edin ki, bu nanəciblər BMT-nin qətnamələrini belə on illərlə icra etməkdən boyun qaçırıblar, bütün dünyanın qınağını öz üzərinə götürərək destruktiv hərəkətlərinə davam ediblər. İndi beləsindən nə gözləmək olar? Ya da belə deyək:  Ermənistanın xislətinin, mahiyyətinin dəyişdiyinə, dəyişəcəyinə ümid etmək olarmı? Məncə, yox. Ermənistan elə həmin təxribatçı, bəsit, qeyri-ciddi Ermənistandır. Sadəcə, bu avantüristlər bir reallığın fərqində deyillər ki, onlar özləri dəyişməsələr də regiondakı vəziyyət dəyişib. Hazırda diktə edən tərəf Azərbaycan tərəfidir və bu səbəbdən də Ermənistan başıpozuq siyasətindən imtina etməlidir, sülhə gəlməlidir, bölgədə sabitliyin bərqərar olması üçün hamı qədər çaba göstərməlidir. Amma bir daha təkrar edirəm: çox təəssüf ki, hazırda Ermənistanın timsalında məntiqli  davranış görmürük. Özlərini də yetərincə qeyri-ciddi aparırlar. Belə olan halda isə sual yaranır: Öhdəliklərə əməl olunmasa, növbəti təxribatlar törədilsə, Azərbaycan tərəfi adekvat addımlar ata, antiterror əməliyyatları keçirə bilərmi? Əlbəttə, keçirə bilər. Təxribatlar olsa, həmin antiterror əməliyyatları qaçılmaz olacaq. Və sizə deyim ki, Ermənistan elə sanki buna çalışır, sanki qəsdən suyu bulandırmaq üçün bəhanələr axtarır. Sanki bunların başı ”dəmir yumruq" üçün darıxıb. Bilinmir kimin havasına oynayırlar. Paşinyan gah belə danışır, gah elə. Yəqin gün ərzində 50 yerdən təlimat, göstəriş gəlir. Ona görə çaşıb qalıb ki, kimlərin dediyinə əməl etsin. Müstəqil olmayanda belədir. Öz sözün, öz fikrin, öz siyasətin olmayanda belədir. Ermənistan heç bir zaman müstəqil siyasət yürütməyib. İndi də yürütmür. Ona görə də vəziyyət bu yerdədir, dövlət siyasəti koordinasiya edilmir.

Zəngəzur dəhlizi, alternativ Laçın yolu açılmalıdır. Eyni zamanda digər öhdəliklərə əməl edilməlidir. Bu məsələdə Ermənistan əngəl törətsə, öz başına bəla açacaq. Çünki dünya bizim yanımızdadır. Üstəlik, güc də bizdədir, hüquq da".

Təyyarə misalı... - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzovun ehtimalları belədir: "Son zamanlar cəbhənin müxtəlif istiqamətlərində, xüsusilə Kəlbəcər istiqamətində atəşkəs tez- tez pozulur, Ermənistan tərəfi təxribat törədir. Provokasiyalarla bağlı müxtəlif variantlar var. İlk ağla gələn Rusiya faktorudur. Ola bilsin, Kremlin başının müharibəyə qarışması fonunda, Cənubi Qafqazda Azərbaycanla Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqənin normallaşmasını görür və buna görə narahatlıq keçirir. Odur ki, ”Qarabağ klanı"nın vasitəsilə regiondakı etimad mühitinə zərbə vurmaq istəyir.

İkinci bir tərəfdən, Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan bir neçə dəfə dolayısı yolla olsa belə, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Bəlkə də Ermənistan iqtidarı digər əraziləri, o cümlədən Xankəndi da Azərbaycana vermək üçün lazımi şərait yaradır. Yəni gələcəkdə döyüşlər başlasa, Paşinyan özünə bəraət qazandırmaq üçün deyəcək ki, torpaqları mən vermədim, hərbi əməliyyatlar nəticəsində aldılar. Hərçənd bu ehtimal o qədər real görünmür. Birinci versiya daha ağlabatandır. Və əgər belədirsə, Paşinyan səhv yolda olduğunu anlamalıdır.

Səbəbin  nə olmağından asılı olmayaraq, Prezident İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun verdiyi mesajlar, xəbərdarlıqlar növbəti antiterror əməliyyatının başlanacağı barədə ehtimalları gücləndirir. Əslində indi bunun üçün doğrudan da, münbit şərait yaradıb. Odur ki, yaxın gələcəkdə növbəti antiterror əməliyyatlarının şahidi ola bilərik.

 Naxçıvanda sərhədlərin bağlanmasına gəldikdə isə bu məsələ ciddi müzakirə olunur. Çox fərqli iddialar var. Rəsmi açıqlama budur ki, yolların bağlanmasının səbəbi meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq üçündür. Amma sizin dediyiniz variant da istisna deyil. Bütün hallarda heç başqa məqamlar olmasa belə, sadəcə, düşmənin intensivləşən təxribatları növbəti antiterror əməliyyatının başlanması üçün kifayət qədər ciddi əsasdır".

Züriyə Qarayeva: Gürcüstanda hakimiyyət çətin vəziyyətdədir - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

 Züriyə Qarayeva 

Politoloq Züriyə Qarayeva 10 noyabr bəyanatının yerinə yetirilməyən maddələrinə diqqət çəkdi: "Ermənistan və Rusiya tərəfi 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın maddələrinə əməl etməmə ritorikasına hələ da sadiqlik nümayiş etdirir. Digər maddələrin icrası üçün bünövrə rolunu oynayan 4-cü maddə hələ də yerinə yetirilmir, əlisilahlı terrorçular üçün əksinə, müəyyən qüvvələr tərəfindən münbit şərait yaradılır. Həmin maddənin icra olunmaması hər iki tərəfin maraqlarına uyğundur. İrəvan separatçılar təmizləndiyi təqdirdə sərhədlərin delimitasiyasına getməli, protokol qaydalarına görə də sərhəd müəyyənləşməsi ilə bağlı anlaşmada qarşı tərəfin ərazi bütövlüyünü tanımalıdır. Bu addım Paşinyanı müxalif qruplaşma qarşısında pis vəziyyətə saldığı kimi, Rusiyanın da sülhməramlı missiyasına ehtiyacın aradan qalxmasına və Cənubi Qafqazın itirilməsinə səbəb olacaq. Üstəlik, İrəvan məsələnin yükündən azad olmaq üçün məcburetmə əməliyyatının keçirilməsindən yanadır. Azərbaycan tərəfinin isə 2 il ərzində gözləmə mövqeyi daha uzun müddət çəkə bilməz. 10 noyabrda, eləcə də Soçi və Brüssel danışıqlarında götürülən öhdəliklər qısa zamanda yerinə yetirilməzsə, Azərbaycan Ordusu yenidən problemin həll olunması üçün işə qarışacaq. Bu ehtimalın gerçəkləşməsini qüvvətləndirən amillərdə biri də Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbul olunmasına təsdiq cavabı verməsi oldu. Prosesin yaxın perspektivdə Qarabağda və Suriyada uzantılarının şahidi ola bilərik. Bu baxımdan antiterror əməliyyatı gözləniləndir”.

Asif Nərimanlı:

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı bildirdi ki, hazırkı vəziyyət 44 günlük müharibədən öncəki vəziyyəti xatırladır: "Müharibədən öncə mövcud olan danışıqlar masasında heç bir irəliləyiş olmadı, Ermənistan davamlı olaraq prosesi uzadırdı. Nəticədə Azərbaycan münaqişəni özü həll etdi. 10 noyabr razılaşmasının imzalanmasından iki ilə yaxındır vaxt keçir və Ermənistan yenə prosesi uzatmaq, razılaşmanın bəndlərini icra etməmək üçün müxtəlif addımlar atır. Belə görünür ki, prosesi dalandan çıxarmaq üçün hərbi müstəvidə addımlara ehtiyac var. 10 noyabr bəyanatında cari prioritetlər 4-cü, 6-cı və 9-cu bəndlərin icrasıdır. Erməni ordusunun qalıqları Qarabağdan çıxarılmaq əvəzinə daha peşəkar muzdlularla əvəzlənməsi istəyi var, Laçın dəhlizinin alternativ marşrutunun istifadəyə verilməsi bu il nəzərdə tutulsa da, İrəvanın sərgilədiyi mövqe prosesi uzatmaq istədiklərini göstərir, bununla yanaşı, Zəngəzur dəhlizinin açılmasına dirəniş göstərirlər. Halbuki Azərbaycan tərəfi dəhlizin öz ərazisinə düşən hissəsini böyük ölçüdə tamamlayıb. Ermənistanın mövqeyi çıxılmaz vəziyyət yaradır. Bu, həm də bölgədə onun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasında irəliləyişə nail olmaq, bununla hakim mövqeyini qorumaq istəyən Rusiyanı da çətin vəziyyətə salır. Bu baxımdan, irəliləyişə nail olmağın yolu hərbi müstəvidə addımın atılmasından keçdiyi görünür. Genişçaplı əməliyyatın ola biləcəyi ehtimalı azdır, çünki bölgədə Rusiya sülhməramlıları var, istisna deyil ki, məcburetmə əməliyyatı olsun və bu addım Ermənistanı razılaşmaların icrasına məcbur etsin. Əslində bu, ”razılaşmaları icra etsək, müharibə və itkilər olacaq" deməsi və daxili təzyiqi azaltmaq baxımından Nikol Paşinyanın da marağında ola bilər".

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 908 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR