"Qarabağda hərbi əməliyyatlar təkrarlana bilər"


Dağlıq Qarabağ münaqişəsində zonasında hərbi əməliyyatlar təkrarlana bilər.

Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Koutsun Senatının Kəşfiyyat Komitəsinə təqdim olunan hesabatında bildirilir.

"Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı gərginlik 2016-cı ilin aprel ayında yenidən yaşandı. Bundan başqa, tərəflərin qarşılıqlı güzəştlərdən imtina etməsi, eləcə də daxili təzyiqlər 2017-ci ildə irimiqyaslı hərbi əməliyyatların təkrarlana biləcəyini göstərir", - hesabatda qeyd olunub.
 
Aktual.az 
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR