Qarabağda erməni komandir əsgəri vəhşicəsinə döyüb

Qarabağda erməni komandir əsgəri vəhşicəsinə döyüb

Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində yerləşən qanunsuz bölmələrdə növbəti cinayət hadisəsi qeydə alınıb.

Aktual.az azvision.az-a istinadən bildirir ki, hadisə tədris batalyonunda baş verib. Belə ki, batalyonun komandiri, mayor Artur Аreyan həqiqi hərbi xidmətə çağrılan əsgəri vəhşicəsinə döyüb. Nəticədə əsgər aldığı xəsarətlərdən hərbi hospitala yerləşdirilib.
Areyan ona qarşı irəli sürülən ittihamla razılaşmayıb. O qeyd edib ki, hərbi hissədə şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Albert Miqranyanla Artur Simonyan arasında münaqişə yaranıb. Nəticədə ciddi bədən xəsarəti alan Simonyan Xankəndindəki hospitala aparılıb. Miqranyan isə 20 günlük intizam hərbi hissəsinə yerləşdirilib.Hospitaldan bildirilib ki, hazırda Simonyanın vəziyyəti qənaətbəxşdir. Lakin həkimlər əsgərin hansı səbəbdən hospitala düşdüyünü deməyiblər. Bir müddət sonra Simonyan özü mətbuatla əlaqə saxlayaraq hadisənin komandirlə bağlı olmadığını bildirib.
Hərbi prokurorluğun yaydığı məlumatda deyilib ki, Albert Miqranyan barəsində iki cinayət işi açılıb, araşdırma aparılır. Bunlar hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar rəisə qarşı hər hansı zorakılıq tətbiq etmə və döymə maddələridir. Ehtimal edilir ki, əsgərlər arasında mübahisəni batalyon komandiri Artur yumruqları ilə həll etmək istəyib və qarşılığını alıb. Nəticədə əsgərlərdən biri hospitala düşüb və digəri isə daha ağır cəzalandırılıb.
Xəbər 600 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR