“Qarabağ” uduzdu - 6:0

“Qarabağ” uduzdu - 6:0
  • İDMAN

"Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində debüt edib.

"Report"un məlumatına görə, C qrupunda yer alan Azərbaycan təmsilçisi ilk turda İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olub.
"Stemford Bric" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
"Çelsi" ilk yarıda 2, fasilədən sonra isə 4 qol vurub. Bu oyunda Ansi Aqollinin zədə üzündən meydana çıxmaması və arxa xətdə buraxılan kobud səhvlər öz sözünü deyib. Xüsusən, qapıçı İbrahim Şehiçin inamsız oyunu qeyd edilməlidir. Ön xətdə isə "Qarabağ" ciddi heç nə ilə yadda qalmayıb. Yalnız oyunun sonlarında Dino Ndlovu qol imkanı qazansa da, zərbəsi qapının üstündən keçib.
Beləliklə, "Qarabağ" Çempionlar Liqasında mübarizəyə böyük hesablı məğlubiyyətlə başlayıb.
Çempionlar Liqası, qrup mərhələsi
C qrupu
22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 6:0
Qollar: Pedro Rodriges, 5. Davide Zapakosta, 30. Sezar Azpilikueta, 55. Temu Bakayoko, 71. Miçi Batşuayi, 76. Maksim Medvedev, 81-öz qapısına
Baş hakim: Anastasios Sidiropulos
Yan xətt hakimləri: Polyxronis Kostaras, Lazaros Dimitriadis
Əlavə köməkçi hakimlər: Xaralambos Kaloqeropulos, Aleksandros Aretopulos
Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Maljinskas (Litva)
UEFA nümayəndəsi: Mixal Martinyak (Slovakiya)
London, "Stemford Bric" stadionu
 
Aktual.az
Xəbər 569 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR