TARİXDƏ İLK DƏFƏ – “Qarabağ” Çempionlar Liqasında

TARİXDƏ İLK DƏFƏ – “Qarabağ” Çempionlar Liqasında

Azərbaycanın "Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Aktual.az-ın məlumatına görə, səfərdə Danimarkanın "Kopenhagen” komandasına qarşı cavab oyununda Qurban Qurbanovun yetirmələri məğlub olsalar da, vurulan qol sayəsində sərfəli nəticə əldə ediblər.
"Parken” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 45-ci dəqiqədə Federikko Santander açıb. 63-cü dəqiqədə Dino Ndlovu "Qarabağ”ın tarixi qolunu vuraraq oyunda tarazlığı bərpa edib. Lakin bu qoldan cəmi 3 dəqiqə sonra Pavloviç yenidən "Kopenhagen”i hesabda irəli çıxarıb. Bundan artığına isə Danimarka klubunun gücü çatmayıb.
İlk oyunda Bakıda rəqibini 1:0 hesabı ilə məğlub edən "Qarabağ” klubu Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR