“Qarabağ”-“Çelsi” oyunu zamanı 30 mindən çox sərnişin daşınıb

“Qarabağ”-“Çelsi” oyunu zamanı 30 mindən çox sərnişin daşınıb

Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ”-"Çelsi” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib.
 
BNA-dan Aktual.az-a verilən məlumata görə, oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun "Qara Qarayev”, "28 May” və "20 Yanvar” stansiyalarına) fəaliyyət göstərən ekspress xətt avtobusları ilə ümumilikdə 30010 nəfər sərnişin daşınıb. Prosesə 442 sərnişin avtobusu cəlb edilib.
 
Bununla yanaşı, oyun günü "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 10000 nəfərdən çox sərnişinin daşınması təmin edilib.
 
Aktual.az
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR