Qara dənizdə gəmi batdı: 6 nəfərin taleyi naməlumdur

Qara dənizdə gəmi batdı: 6 nəfərin taleyi naməlumdur

Qara dənizdə qəzaya uğrayan ticarət gəmisinin 9 ekipaj üzvündən 3-ü xilas edilib, 6 nəfərin taleyi barədə məlumat yoxdur.

Aktual.az APA-ya istinadən xəbər verir ki, dənizçilərin axtarışı üçün 3 gəmi cəlb olunub.
 
"Qara dəniz akvatoriyasında, Alupka yaşayış məntəqəsindən 40 km cənub istiqamətində 24 min ton buğda daşıyan "Anda" gəmisi aşıb. Gəmidə 9 nəfərdən ibarət ekipaj olub. Onlar Suriya və Hindistan vətəndaşlarıdır. Onlardan 3-ü xilas edilib, digər 6 nəfərin taleyindən hələlik xəbər yoxdur", - deyə məlumatda bildirilir. .
 
Hazırda Qara dənizdə güclü külək və hündür dalğaların müşahidə olunduğu bildirilir. 
 
Aktual.az 
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR