Qar avtomobil qəzalarına SƏBƏB OLDU: 4 nəfər...

Qar avtomobil qəzalarına SƏBƏB OLDU: 4 nəfər...

Bu gecə hava şəraiti ilə əlaqədar olaraq respublika yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, hadisələr Abşeron yarımadası, Qəbələ, Xaçmaz və Siyəzən rayonları ərazisində olub: "Avtomobillərin toqquşması nəticəsində hər bir hadisədə bir nəfər olmaqla 4 nəfər xəsarət alıb. Hadisələrin heç birində ölüm halı qeydə alınmayıb. Bakı şəhərində ümumiyyətlə, ölüm və xəsarətlə nəticələnən qəza baş verməyib”.
K.Əliyev bildirib ki, hazırda Ələt-Astara İran Respublikası ilə sərhəd yolunda, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonları ərazisində sulu qar yağsa da, hər yerdə hərəkət normaldır. Bütün yollarda hərəkət var. Lakin buna baxmayaraq sürücülər yola çıxarkən hava şəraitini nəzərə almalıdırlar.
 
Aktual.az
Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR