Bakıda qarlı hava sərnişinləri yolda qoydu

Bakıda qarlı hava sərnişinləri yolda qoydu

Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, əsasən Günəşli və Yasamalda yollar buz bağlayıb. 

Aktual.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bu vəziyyət daha çox paytaxtın nisbətən yükək ərzilərində Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir. 

Bu səbəbdən, həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda Bakı Nəqliyyat Agentliyi sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib.

Aktual.az 
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR