Qanunsuz ov edənlər tutuldu

Qanunsuz ov edənlər tutuldu

Cəlilabad rayonunda qanunsuz ov edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 7-də Cəlilabad rayon sakinləri İnşaallah Həsənov, Asif Soltanov və Tahir Məmmədov Uzuntəpə kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-63" və 1 ədəd "İJ-58" markalı ov tüfəngləri, habelə ümumilikdə 23 ədəd patron və 33 ədəd ovlanan quş götürülüb

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib. 
 
Aktual.az
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR