Qanla bitən zarafata görə AĞIR CƏZA tələbi

Qanla bitən zarafata görə AĞIR CƏZA tələbi

Sevdiyi qızın xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Aktual.az  Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. Prokuror çıxışında İbrahim Sadıqovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi prokurorun çıxışı ilə razı olduğunu deyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi noyabrın 14-ə təyin edilib.
Qeyd edək ki, qətl ötən il fevralın 15-də baş verib. İ.Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub.
Belə ki, İ.Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb. G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İ.Sadıqov qızın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona isə qızın xalası oğlu İ.Hüseynov cavab verib. O, İ.Sadıqovun xalası qızı ilə danışmasına icazə verməyib. İ.Sadıqov isə daha əvvəl tanıdığı İ.Hüseynovla zarafat edərək, "Güneli anası ilə birlikdə qaçıracağam" deyib. Bu zarafat İ.Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman onlar telefonda mübahisə etməyə başlayıb.

Daha sonra görüşüb, mübahisəyə son qoymaq qərarına gəliblər. Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki görüşə İ.Sadıqov tək, İ.Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İ.Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında hər iki şəxs yenə də mübahisə ediblər. Bu zaman İ.Sadıqov üzərində gətirdiyi bıçaqla İ.Hüseynova çoxsaylı zərbələr endirib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Aktual.az
Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR