“Qalatasaray” azarkeşlərinə şad xəbər

“Qalatasaray” azarkeşlərinə şad xəbər

"Qalatasaray” Mərakeş yığmasının hücumameylli yarımmüdafiəçisi Yunes Belhandanı heyətinə qatmağa çox yaxındır.

Aktual.az apasport.az-a istinadən xəbər verir ki, istanbullular futbolçunu Türkiyəyə gəlməyə razı salıb.

Tərəflər 4 illik müqavilə ilə bağlı razılığa gəliblər. "Qalatasaray” futbolçunun klubu "Dinamo”ya (Kiyev) 8 milyon avro transfer haqqı ödəyəcək. 27 yaşlı oyunçunun özü isə İstanbul nəhəngində ildə 3 milyon avro qazanacaq.

Futbolçu bazar Türkiyəyə gələcək və tibbi yoxlanışdan keçəndən sonra müqaviləyə imzalanacaq. 

Qeyd edək ki, Mərakeş yığmasında 32 oyuna 3 qol vuran Belhanda son mövsümü Fransanın "Nitsa” klubunda icarədə keçirib. Daha öncə "Şalke”yə icarəyə verilən futbolçu "Dinamo”ya qədər də "Monpelye”də top qovub.
 
Aktual.az
Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR