Qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən prodüser azadlıqda

Qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən prodüser azadlıqda

Qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, həbs edilən prodüser Vəfa Vaqifqızından (Məmmədova) xəbər var.

Aktual.az Atv.az-a istinadən xəbər verir ki, bir neçə ay bundan əvvəl həbsi ilə gündəmə gələn prodüser xanım artıq azadlığa buraxılıb.

Xatırladaq ki, prodüser Vəfa Vaqifqızı qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, həbs edilib. Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, prodüsser xanım barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına göndərilib.

Qeyd edək ki, Vəfa Vaqifqızı Nüşabə Ələsgərli, Nazənin və bir çox məşhur müğənninin, bəzi telekanallarında yayımlanan maqazin verilişlərinin prodüseri olub.

 
Xəbər 723 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR