Qadını həyatdan soyudan, enerjisini öldürən 10 MƏQAM

Qadını həyatdan soyudan, enerjisini öldürən 10 MƏQAM

Qadın yalnız o zaman həqiqətən xoşbəxt olur ki, o, ilk növbədə özünü ifadə və təsdiq edə bilir. Yalnız bundan sonra o, həm ana kimi, həm cəmiyyətin üzvü kimi, həm də istənilən peşənin sahibi kimi özünü təsdiq edə bilir və bu dünyadakı mövqeyini müəyyənləşdirir.

Araşdırmalar göstərir ki, qadını güclü və cəlbedici edən onun enerjisidir. Lakin bəzi məqamlar qadının həyat eşqinin, enerjisinin tükənməsinə səbəb olur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, psixoloqlar qadın enerjisini öldürən 10 məqamı açıqlayıb.
Oxucuları bu məqamlarla tanış edirik.


Xarici aləmlə ünsiyyət izafiliyi (artıq)
Qadın yalnız onu sevən insanlarla ünsiyyətdə olmalıdır. O, öz rahatlıq zonasından kənara çıxa bilməz. Kişi isə onu sevməyən insanlarla da ünsiyyətdə olmalıdır, çünki o, belə inkişaf edir, çətinlikləri aradan qaldırır. Qadınların ən əsas səhvlərdən biri də sevmədiyi işdə çalışmasıdır. Bu, onu böyük miqdarda enerjidən məhrum edir.
Hobbinin olmaması
Qadın ürəyincə olan işləri yerinə yetirəndə bundan böyük miqdarda enerji və müsbət emosiyalar alır. Hər bir qadının mütləq hobbisi olmalıdır və bu, hobbini onun sevib-seçdiyi şəxs də dəstəkləməlidir. Qadın daim özünü realizə etmək üçün çalışmalıdır. Bu, rəsq və başqa məşğuliyyət növü də ola bilər.
Yaradıcı işlərin olmaması
Əgər qadın heç nə yaratmırsa, o zaman onun enerjisi ləngiyir. Qadının əllə gördüyü hər bir iş yaradıcılıqdır: istər ev yığışdırmaq, istər bişirmək, istər çiçək əkmək və ya interyerdə dəyişiklik. Gözəl nə isə yaradan qadın özü də gözəlləşir. Əgər qadın boş vaxtını oturaraq və ya uzanaraq keçirirsə, onda o, tezliklə tənəzzül edəcək və bütün enerjisini itirəcək.
Rəhbərlik etmək istəyi
Qadın birinci növbədə ruhlandırmalıdır, problemi həll etməli deyil. Rəhbərlik etmək onun təbii mahiyyəti deyil. Əlbəttə ki, rəhbər vəzifləri tutan qadınlar da var, lakin bu, onların ruhunu çox tez yorur.
Kişi vəzifələri
Əgər qadın kişi işini yerinə yetirirsə, o, qadınlığını itirməyə başlayır. Kişi işini yerinə yetirən qadın ilk tanışlıqda kimin üçünsə qeyri-adi və cəlbedici görünə bilər, ancaq zaman keçdikcə onun xarakteri də dəyişir, sərtləşir...
Rəqabət
Qadın öz həmcinsi ilə rəqabətə girdikdə enerjisi dağılır. Başqalarından daha yaxşı, ağıllı və gözəl olduğunuzu sübut etmək cəhdləri olmamalıdır. Enerjinizi başqasına yox, özünüzə xərcləyin.
Rəfiqələrin olmaması
Qadına başqa qadınlarla ünsiyyət lazımdır. Çünki bu, daha bir güclü enerji mənbəyidir.
Özünə vaxt ayırmamaq
Qadının özünə və şəxsi işlərinə vaxt ayırmalıdır. Həmişə!
Yekun olaraq onu qeyd edək ki, öz enerjinizi öldürməyə imkan verməyin, çünki sizin xoşbəxtliyiniz ondan asılıdır.
 
Aktual.az
Xəbər 2880 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR