Qadın sürücü avtomobili aşırdı, anası öldü

Qadın sürücü avtomobili aşırdı, anası öldü

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Bakıdan Nabrana istirahətə gedərkən baş verib.
Belə ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Rübabə Xeyrulla qızı Əliyeva idarə etdiyi "KİA" markalı avtomobildə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.
Nəticədə avtomobildə olan sərnişin, sürcünün anası, 1962-ci il təvəllüdlü Sənəm Musa qızı Əliyeva hadisə yerində ölüb.
Sürücü R.Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
 
Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR