Qadağan olunmuş kitablar məbədi yaradıldı - FOTO

Qadağan olunmuş kitablar məbədi yaradıldı - FOTO

Argentinalı rəssam Marta Minujin yaradıcılığın və özünü ifadə etməyin önündəki ən böyük əngəl olan kitab qadağalarına diqqət çəkmək üçün qeyri-adi üsula əl atıb.
Aktual.az 
xəbər verir ki, o, ilk kitabın qadağan edilməsindən bu tərəfə qadağa siyahısına daxil olan bütün məşhur kitabları toplayaraq məbəd inşa edib.
M.Minujin bu məbədi Yunanıstanda sənət və ilham tanrıçası olan ilahə Atenanın şərəfinə tikilmiş Panteonun formasında ucaldıb.
Sənətçi qadağan olunmuş kitablar haqqındakı bu ideyasını ilk dəfə 1983-cü ildə paytaxt Buenos Ayresdə həyata keçirərək kiçik bir məbəd düzəldib. Lakin o, bununla kifayətlənməyib. Eyni ideyanı dünya tarixinin ən böyük kitab yandırmaq ayininə ev sahibliyi edən Almaniyanın Kassel şəhərində Panteon formasında reallaşdırıb. Bu yerin seçimi isə təsadüfi olmayıb. Rəssam xatirə abidəsini məhz faşistlərin kitabları yandırdığı yerdə ucaltmaq istədiyini bildirib. Bunun üçün polad instruksiyadan istifadə edib və bu dəmir modelin üzərinə kitablar asıb. Məbədin inşasında 170 qadağan olunmuş kitabın 30.000 nüsxəsindən istifadə edilib.
Qadağan olunmuş kitabların siyahısını Kassel Universitetinin tələbələri tərtib edib. Lakin maraqlısı odur ki, tarixdə dərin iz qoyan və dünyanın ən məşhur qadağan edilmiş kitabı olan Adolf Hitlerin "Mayn kampf" əsəri siyahıda olmayıb. Buna səbəb isə nasistlərin simvolu olan kitabın fikir azadlığı, sərbəstlik və insan haqlarına böyük zərbə vurması olub.
"Qadağalı Kitablar Məbədi" adlandırılan xatirə abidəsi satılması və oxunması qadağan edilən kitablara yeni baxış bucağı formalaşdırıb. (publika.az)
Qadağan olunmuş kitablar məbədi yaradıldı - FOTO
Qadağan olunmuş kitablar məbədi yaradıldı - FOTO
Qadağan olunmuş kitablar məbədi yaradıldı - FOTO
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR