Qaçqın və məcburi köçkünlərlə bağlı xərclər 50 faiz artırılacaq

Qaçqın və məcburi köçkünlərlə bağlı xərclər 50 faiz artırılacaq

Azərbaycan 2018-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial təminatı ilə bağlı xərcləri təqribən 50 faiz artıracaq.

Trend-in məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
A.Bayramov bildirib ki, gələn il qaçqınların və məcburi köçkünlərin sosial təminatına 487 milyon manat ayırmaq planlaşdırılır: "Bu, 2017-ci illə müqayisədə 161 milyon manat və ya 49,5 faiz çoxdur".
Onun sözlərinə görə, bu vəsait, o cümlədən həmin kateqoriyadan olan vətəndaşların sosial ödənişlərinə, həmçinin qaçqın və məcburi köçkünlər üçün evlərin tikintisinə ayrılacaq.

Aktual.az
Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR