Putinin yeni planı

Putinin yeni planı

ABŞ koalisiya qurub İŞİD-ə qarşı mübarizə apardığı bir vaxta daha bir koalisiya təklifi Rusiyadan gəlib. İŞİD-lə mübarizə üçün hazırlanan yeni planın müəllifi prezident Vladimir Putindir. 

Aktual.az anspress-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirinin köməkçisi Mixail Boqdanov Putinin planının Yaxın Şərq və Avropa ölkələri tərəfindən dəstəkləndiyini açıqlayıb.

Putinin yeni planında İŞİD-i məhv etmək üçün İraq və Suriya hökumətlərinin də də daxil olduğu bölgə ölkələrindən ibarət bir koalisiya nəzərdə tutulur. Koalisiyada kürd təmsilçilərin də olması planlaşdırılır. 

Boqdanov bildirib ki, xarici işlər naziri Sergey Lavrov iranlı həmkarıyla İŞİD-lə mübarizə planını Cavad Zərifin Moskva səfəri zamanı müzakirə edib.

ABŞ-ın başçılıq etdiyi koalisiyanın terror qruplaşmasına qarşı həyata keçirilən əməliyyatları tənqid edən Boqdanov bildirib ki, əgər İŞİD-i məğlub etmək istəyiriksə, onda dünya gücləri birləşməlidir. 

Boqdanov Suriya münaqişəsinin diplomatik yollarla həlli üçün addımların atıldığını bildirib. 

"Bu məqsədlə Cenevrə-3 konfransına hazırlıqlar başlayıb. Münaqişənin həlli üçün siyasi iradəyə və dəstəyə ehtiyac var", - deyə Mixail Boqdanov əlavə edib.

Boqdanov həmçinin Suriya müxalifəti ilə Moskva və Qahirədə aparılan danışıqları xatıradaraq qeyd edib ki, müxalifətin bir araya gəlməsi üçün xüsusi platformaya ehtiyac var. 

İndi Putinin yeni koalisiya planı Suriya münaqişəsinin həlli məqsədi ilə baş tutacaq Cenevrə-3 konfransında müzakirə üçün hazırlanır.

 
Xəbər 791 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR