Putin və Ərdoğan görüşündə tərcümə problemi - VİDEO

Putin və Ərdoğan görüşündə tərcümə problemi - VİDEO
  • DÜNYA

Rusiya və Türkiyə prezidentləri Vladmir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçi görüşündən sonra mətbuat nümayəndələri üçün bəyanatlar səsləndirilən zaman tərcümə problemi yaşanıb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, lakin Rusiya prezidenti vəziyyətdən dərhal çıxış yolu taparaq, tərcüməçini birbaş mikrafona dəvət edib.
Putin bəyanatın əvvəlində danışıqlar zamanı ikitərəfli münasibətləri, həmçinin Suriya problemini müzakirə etdiklərini deyib. O sonra əlavə edib ki, Rusiya və Türkiyə arasında əməkdaşlıq səviyyəsi demək olar ki, bərpa olunub, iki ölkə arasında ticarət dövriyyəsi 36 faiz artıb.
Bu zaman dövlət başçısına bildirilib ki, onun çıxışı sinxron tərcümə olunmur.
"Tərcümə yoxdur? Tərcümə ilə bağlı nə problem var?", — deyə o təşkilatçılardan soruşub.
"Tərcümə yoxdur? O zaman, bəlkə birbaşa tərcümə etsin, belə daha asan olar", — deyə o tərcüməçini mikrafona dəvət edib.
Xəbər 138 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR