Putin: "Türkiyədə 15 iyul hadisələrində ABŞ-ın əli var"

Putin:

Amerikalı rejisor Oliver Stounun "Putinlə Müsahibə" adlı sənədli filmi daha bir qalmalqa imza atıb.

Publika.az xəbər verir ki, məşhur rejissor ilə müsahibə zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin Oliver Stounun 15 iyul çevriliş cəhdinə dair bu ifadələri işlədib:" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət çevrilişi cəhdində rolu olduğunu heç vaxt mənə deməyib. Amma məntiqlə baxsaq, əgər Fətullah Gülənin doğrudan da çevriliş cəhdində rolu varsa, bu barədə dəqiq məlumatım yoxdur, deyilənlərə əsasən deyirəm, o zaman ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin baş verənlərdən xəbərsiz olduğuna inanmaq çətindir".
Putin müsahibəsində onu da qeyd edib ki ABŞ-ın Hava Qüvvələri Türkiyədə məhz İncirlik bazasında yerləşir: "Diqqət etsəz dövlət çevriliş cəhdində fəal iştirak edənlərdən biri məhz İncirlikdəki əsgərlər olub".
Putin ABŞ-ın taktiki nüvə silahlarının olduğunu və bu məsələnin çevriliş cəhdi ehtimalında yaradacağı narahatlıqlarını dilə gətirib: " Ehtimal belə olsa, insanı narahat edən əsas suallardan biri budur ki, belə dramatik hadisələr baş verərsə, bu qədər nüvə silahı kimin əlinə keçəcək? "
 
Aktual.az
Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR