Putin Trampın andiçməsinə getməyəcək

Putin Trampın andiçməsinə getməyəcək
  • DÜNYA

Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak yeni seçilən prezident Donald Trampın inauqurasiya mərasiminə qatılmaqla bağlı dəvəti qəbul edib

Bu barədə RİA Novosti-yə əfirliyin mətbuat xidmətindən məlumat verilib.

"Protokol qaydalarına və təcrübəyə əsasən ABŞ prezidentinin inauqurasiya mərasiminə xarici səfirlər dəvət edilir. ABŞ tərəfindən Rusiyanın səfiri Sergey Kislyak bu mərasimə dəvət olunub. Səfir həmin tədbirdə iştirak edəcək", – deyə səfirliyin mətbuat katibi Nikolay Laxonin açıqlamasında bildirib.

Qeyd edək ki, Donald Tramp andiçmə mərasimi yanvarın 20-də keçiiləcək. Bundan öncə bəzi KİV-lərdə Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə gedəcəyi haqda məlumatlar yayılmışdı.(azvision.az)

Aktual.az
Xəbər 34 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR