Putin Sarkisyanı dəstəklədi: "Uğurlar arzulayıram..."

Putin Sarkisyanı dəstəklədi:

Aktual.az  azvision.az-a istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Serj Sarkisyanın rəhbərliyi altında Ermənistanın parlament seçkiləri və konstitusiya referendumu ilə bağlı "asan" olmayan mərhələni keçəcəyinə əmin olduğunu bəyan edib.

"Biz bilirik ki, görüşümüz Ermənistanda ölkədaxili mühüm hadisələr - aprelin 2-ə planlaşdırılan parlament seçkiləri ərəfəsində keçirilir. Bütün bunlar konstitusiya islahatları ilə bağlıdır. Proses asan deyil, lakin mən əminəm ki, Ermənistan sizin rəhbərliyiniz altında bu inkişaf mərhələsini keçəcək. Biz sizə uğurlar arzulayarıq", - deyə Putin vurğulayıb. 

Öz növbəsində, Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya dəvətə görə Putinə təşəkkür edib və vurğulayıb ki, ölkələr arasında əməkdaşlıq durmadan inkişaf edir. 
 
Aktual.az 
Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR