Putin NATO-nu Rusiyaya qarşı təxribatda ittiham etdi

Putin NATO-nu Rusiyaya qarşı təxribatda ittiham etdi
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin NATO-nu ittiham edib

"Ölkə.Az" xəbər verir ki, Putinin sözlərinə əsasən, NATO öz fəaliyyəti ilə Rusiyanı qıcıqlandırır və qarşıdurmaya çəkmək istəyir.

Putin deyib: "Bizi müntəzəm olaraq qıcıqlandırırlar və qarşıdurmaya sürükləməyə çalışırlar".

Prezidentin sözlərinə görə, Rusiyanın daxili işlərinə qarışma cəhdləri hələ də davam edir.

Bundan başqa, Putin bəyan edib ki, Ukrayna rəhbərliyi ölkənin cənubi-şərqində baş verən prosesləri sülh yolu ilə həll etməyə hələ hazır deyil.

Rusiya prezidenti ölkənin xüsusi xidmət orqanlarından xaricdə fəaliyyət göstərən rus diplomatların mühafizəsi məsələsində də əlavə tədbirlər görməyi tələb edib. Bu qərar Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qətlə yetirildikdən sonra qəbul edilib.

Rusiya prezidenti Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında bildirib ki, Rusiya və ABŞ  xüsusi xidmət orqanları arasında dialoqu bərpa etmək lazımdır. Onun sözlərinə görə, bu birinci növbədə terrora qarşı mübarizə məsələsində vacibdir.
 
Aktual.az
Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR