Putin MDB-dəki münaqişələrdən danışdı

Putin MDB-dəki münaqişələrdən danışdı
  • DÜNYA

Ukraynada faciəli hadisələr baş verir, digər MDB ölkələri arasında da münaqişələr var, bu, onların həlli üçün tədbirlərin işlənib hazırlanmasını tələb edir.


Aktual.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi toplantısında deyib.
 
"Birlik məkanında təhlükəsizliyin təmin edilməsi problemləri ilə bağlı sualları da qaldıracağıq. Axı, həqiqətən faciəli hadisələrin baş verdiyi Ukraynadan başqa, postsovet məkanının digər qonşu dövlətləri arasında bəzən münaqişələr yaranır və bu, təbii ki, onların həlli üçün tədbirlərin işlənib hazırlanmasını tələb edir”, - Putin bildirib.


Putin MDB-nin qeyri-rəsmi sammitini gələn həftə Astanada keçiriləcək MDB Dövlət Başçıları Şurasının illik tam formatlı iclasından əvvəl "saatı yoxlamaq imkanı” adlandırıb.


Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR