Putin: "Fətullah Gülən çevriliş edib"

Putin:

"Valday" müzakirə qurumunun Soçidə təşkil olunan iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin Türkiyədə baş verən çevriliş cəhdinə münasibət bildirib. 
 
Musavat.com-un məlumatına görə, V.Putin bildirib ki, Türkiyə prezidenti ilə görüş zamanı Ərdoğan 15 iyulda çevrilişə cəhdi FETÖ-nün təşkil etdiyini deyib və bu təşkilatın rəhbəri ABŞ-da yaşayan Fətullah Güləndir: "Bir ölkənin daxili siyasətinə müdaxilə yolverilməzdir. Bu, istər kiber hücum olsun, texnologiyanın gücü vasitəsilə baş versin, istərsə də həmin ölkədəki təşkilatlanma vasitəsilə".

Suriya məsələsinə də münasibət bildirən Putin bu yöndə ABŞ prezidenti Barak Obama ilə danışıqların müsbət nəticə vermədiyini bəyan edib: "Uzun müzakirələrdən, göstərdiyimiz səylərdən sonra nəhayət, terrorla mübarizədə Amerika ilə ortaq çəbhə yaradacağımızı düşündük, lakin bu, olmadı".

Aktual.az
Xəbər 1218 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR