Putin Ermənistandakı rus qoşunlarına nümayəndə təyin etdi

Putin Ermənistandakı rus qoşunlarına nümayəndə təyin etdi

Rusiya prezidenti Ermənistandakı rus qoşunlarının qruplaşması məsələsi üzrə xüsusi nümayəndə təyin edib.

 "Ölkə.Az" xəbər verir ki, Putinin sərəncamına əsasən müdafiə nazirinin müavini Nikolay Pankov Ermənistanla birləşmiş ordu qruplaşmasının nümayəndəsi təyin edilib. 

Sərəncamda deyilir: "Rusiya Federasiyasının müdafiə nazirinin müavini Pankov N.A. Ermənistan qoşunlarının birləşdirilmiş qrupuna dair sazişin ratifikasiyası məsələsinin  parlamentdə müzakirəsi prosesində prezidentin nümayəndəsi vəzifəsinə təyin edilsin".

2016-cı ilin noyabr ayında Vladimir Putin Qafqaz regionunda kollektiv təhlükəsizlik məqsədi ilə Ermənistanla iki dövlətin birləşmiş qruplaşmasının yaradılması barədə layihəni təsdiqləyib. Yardılan qrup silahlı hücuma, hər iki tərəfin təhlükəsizliyinə təhlükə yaradacaq hər bir hərəkətə qarşı adekvat reaksiyanı təmin etməlidir.

Qrup komandanı Rusiyanın ali baş komandanı ilə razılaşdırıldıqdan sonra Ermənistanın ali baş komandanı tərəfindən təyin edilir. Sülh şəraitində Qrup komandanı Ermənistanın Baş Qərargahına tabe olur. Hərbi vəziyyət yarananda isə tərəflərin razılaşması ilə Rusiyanın Cənub Hərbi dairəsinin tabeliyinə keçə bilər.
 
Aktual.az
Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR