"Putin-Ərdoğan görüşünə hazırlıq gedir" - Kreml

  • DÜNYA

"Rusiya və Türkiyə prezidentlərinin görüşünə hazırlıq gedir".

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 
   
Qeyd edək ki, bir neçə gün öncə Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə türkiyəli jurnalistlərə açıqlamasında gələn həftə ya sonrakı həftə Putinlə görüşəcəyini söyləyib. Bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb. Türkiyə prezidenti rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəyini bildirib. 
 
Aktual.az
Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR