Putin çıxış edəndə Kadırov AĞLADI

Putin çıxış edəndə Kadırov AĞLADI
  • DÜNYA

Çeçenistan rəhbəri Ramzan Kadırov prezident Vladimir Putinin Rusiyaya yeni ərazilərin daxil olmasına dair sazişlərin imzalanması mərasimindəki çıxışı zamanı göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

Aktual.az xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.

Mərasim Böyük Kreml Sarayının Georgiyevski zalında keçirilib. Ora Rusiya regionlarının rəhbərləri, nazirlər, senatorlar və deputatlar dəvət olunub.
Putinin çıxışı zamanı Kadırov başını yuxarı qaldırıb və gözlərindən yaş axdığı diqqətdən yayınmayıb.

Xatırladaq ki, bu gün prezident Putin Ukraynanın işğal olunmuş ərazilərinin "rəhbərləri" ilə "müqavilələr” imzalayıb.

Bu "müqavilərlər”lə Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarının Rusiyanın ərazisinə daxil olduğu bəyan edilib.


Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR