Prezidentliyə daha bir namizədin adı açıqlandı

Prezidentliyə daha bir namizədin adı açıqlandı

 Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

"Report”un xəbərinə görə, MSK katibi Arifə Muxtarova iddiaçı ilə bağlı məlumatları diqqətə çatdırıb.
O deyib ki, R.Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün əsaslar var.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Bununla da namizədliklərinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 13-ə çatıb.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR