Prezidentin tapşırığı ilə Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərib (YENİLƏNİB)

Prezidentin tapşırığı ilə Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərib (YENİLƏNİB)

Türkiyədə yanğınların söndürülməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus "BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğlaya yola düşüb.

"Report"un xəbərinə görə, təyyarə əvvəlcə Muğlada Dalaman Hava Limanına enəcək, daha sonra yanğınsöndürmə əməliyyatlarına qoşulacaq.

15.25
 
Türkiyənin Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.
 
Aktual.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Muğlanın Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.
Xəbər 791 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR