Prezident sənaye üsulu ilə qazılmış ilk quyunun vəziyyəti ilə tanış olub - YENİLƏNİB

Prezident sənaye üsulu ilə qazılmış ilk quyunun vəziyyəti ilə tanış olub - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.
 
APA-nın məlumatına görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına görülən işlər barədə məlumat verib.
 
Bildirilib ki, XIX əsrdə burada "Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur. Qeyd olunub ki, 1899-1901-ci illərdə 11,5 milyon ton neft hasil edən Bakı neft sənayesi dünyada birinci yeri tuturdu. 1859-cu ildə sənaye üsulu ilə neft quyularının qazılmasına başlanılmış Amerika Birləşmiş Ştatlarında isə bu göstərici o zaman 9,1 milyon ton təşkil edirdi.
 
Dövlət başçısı burada quraşdırılan xüsusi interaktiv köşkə baxıb. Bildirilib ki, bu köşk vasitəsilə Azərbaycanın neft tarixi, o cümlədən sənaye üsulu ilə qazılmış ilk quyu barədə ətraflı məlumat almaq mümkündür.
 
Prezident İlham Əliyev neftçilərlə söhbət edib.
 
Sonda xatirə şəkili çəkdirilib.
 
******
Prezident İlham Əliyev dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

Aktual.az xəbər verir ki, Prezident İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılan ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.













Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR