Prezident "Qaz təchizatı haqqında" qanuna dəyişiklikləri təsdiq edib

Prezident

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də "Qaz təchizatı haqqında” qanuna dəyişikliklər edilməsi barədə 2017-ci il 14 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan qanunları və Prezidentin aktlarının bu qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.
Nazirlər Kabineti normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində, mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində Prezidentə məlumat verməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların "Qaz təchizatı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
 
Aktual.az
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR