Prezident: "İşimizə kölgə salmaq istəyirdilər"

Prezident:

"İndi neftin qiyməti iki dəfədən aşağı düşüb. Ancaq biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk"
"Son illər ərzində iqtisadi inkişaf tempinə görə dünyada Azərbaycana bərabər ikinci ölkə yoxdur. Vaxtı ilə bizim uğurlarımızı neftlə bağlayırdılar. Paxıllar, bəzi dairələr bizim işimizə kölgə salmaq istəyirdilər. İndi neftin qiyməti iki dəfədən aşağı düşüb. Ancaq biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesi 10 faizdən çox artıb: "Eləcə də ümumi daxili məhsul təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artıb. Bu qurğunun istifadəyə verilməsində də biz liderlik göstərmişik. Heç bir başqa ölkədə bu böyüklükdə və bu səviyyədə təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik.
Əminəm ki, 3-cü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas infrastruktur layihələri icra ediləcək. Bu da 2018-ci ildə gözlənilir. Bununla da insanlar daha yaxşı, rahat, təhlükəsiz və rifah içərisində yaşayacaqlar".

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR