Prezident: "İnsan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır"

Prezident:

"Azərbaycan BMT-nin aktiv üzvüdür. 2012-ci ildə Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. 25 illik tarixi olan bir ölkə üçün bu böyük uğur idi. Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycan və onun siyasətinə dəstək göstərdilər".
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan stabil, modern, demokratik ölkədir.
 
"Demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır. Azərbaycanda fikir, söz, sərbəst toplaşma və dini azadlıqlar da daxil olmaqla bütün fundamental azadlıq tam təmin edilir. Azərbaycan dünya tərəfindən multikulturalizmin mərkəzi kimi tanınmış ölkələrdən biridir. Bu, Azərbaycanın dövlət siyasətidir. Bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır.
 
2016-ci il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam həmrəyliyi ili elan olunub.
 
Demək olar ki, heç milli azlığın yaşamadığı Ermənistandan fərqli olaraq, Azərbaycan multietnik ölkədir. Ermənistanda islamofobiya pik həddə çatıb.
 
Bu ölkə vandalizm aktları həyata keçirərək, işğal olunmuş Azərbaycan ərazilərdəki bütün məscidlərimizi dağıdıb".
 
Dövlət başçısı Azərbaycanın dinlərarası dialoqu genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirdiyini də diqqətə çatıdıb.
 
Aktual.az
Xəbər 42 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR