Prezident İltimas Məmmədovu vəzifəsindən azad etdi

Prezident İltimas Məmmədovu vəzifəsindən azad etdi

Prezident İlham Əliyevin sərəncamı ilə İltimas Məmmədov Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib. Onun sözlərinə görə, İltimas Məmmədov prezidentin digər sərəncamı ilə nazir müavini vəzifəsinə təyinat alıb.

Qanunla rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilən Ramin Quluzadə paralel olaraq nazir vəzifəsini müvəqqəti icra edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev sərəncamla Ramin Namiq oğlu Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edib. O, Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Xəbər 987 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR