Prezident İlham Əliyev təntənəli mərasimdə - Yenilənib

Prezident İlham Əliyev təntənəli mərasimdə - Yenilənib

Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilir.

Aktual.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.
Dövlət başçısı mərasimdə nitq söyləyib.
***
Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, "28 May” Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədova, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli "Əmək” ordeni ilə təltif olunub.
Dövlət başçısı ordeni Xoşbəxt Yusifzadəyə təqdim edib.
Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olunub.
 
Aktual.az
 
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR