Prezident hakimlərin yerini dəyişdi

Prezident hakimlərin yerini dəyişdi

Prezident sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Qurban Abbasovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. 

Aktual.Az Report-a istinadən xəbər verir ki, sərəncamla Qurban Rəşid oğlu Abbasov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qazax Rayon Məhkəməsinin hakimi təyin olunub.

Qeyd edək ki, Q.Abbasov 1952-ci ildə anadan olub.

Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

26 Bakı komissarı (indi Səbail) Rayon Xalq Məhkəməsində məhkəmə icraçısı, Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsi, məhkəmə icraçısı, baş məhkəmə icraçısı, 8 saylı Hüquq Məsləhətxanasında vəkil, Bakı şəhər 8 saylı Hüquq Məsləhətxanasının müdiri, Respublika Apellyasiya Məhkəməsinin hakimi çalışıb.

2007-ci ildən indiyədək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (əvvəlki adı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi olub) hakimi idi.

Xəbər 3135 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR