Prezident: “Bu il rayonlarda 200 min nəfər işlə təmin olunacaq”

Prezident: “Bu il rayonlarda 200 min nəfər işlə təmin olunacaq”

"Bu il 22 rayonda pambıq əkiləcək, əkin sahələri 136 min hektar təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 3 dəfə çoxdur. Növbəti illərdə əkin sahələrinin genişləndirilməsi vacibdir”.
 
Aktual.az-ın  məlumatına görə, bunu prezident İlham Əliyev bu gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
 
Dövlət başçısı bildirib ki, bütün hazırlıq işləri vaxtında görülməli, itkilər minimuma endirilməlidir: "Pambıq tarlalarına gedən yollar təmir edilir, qəbul və pambıqtəmizləmə məntəqələri fasiləsiz elektrik enerjisi ilə təchiz edilir. Bu il ancaq pambıq becərən rayonlarda 200 min insan işlə təmin olunacaq”.
 
Prezident İlham Əliyev qeyd edib ki, kənd təsərrüfatı mütəxəssisləri, aqronomların hazırlanması vacibdir: "Ölkəyə pivot suvarma sistemləri gətirilir. Həmin sistemlər məhsuldarlığı bir neçə dəfə artırır. Gələcəkdə ölkəmizdə pivot suvarma sistemlərinin istehsalı nəzərdə tutulub. Növbəti illərdə yeni pambıqtəmizləmə zavodlarına ehtiyac yaranacaq. Hazırda 22 pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. Onların emal gücü 400 min tondur”.
 
Dövlət başçısı nəzərə çatdırıb ki, pambıqçılığın inkişafı yüngül sənayenin də inkişafına təkan verəcək: "Özlüyündə sosial layihə olan bu sahənin inkişafı əhalinin sosial durumunun yaxşılaşdırılmasına təkan verəcək”.
 
Aktual.az
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR