Prezident Administrasiyası yeni tərkibdə: Qalanlar və gedənlər

Prezident Administrasiyası yeni tərkibdə: Qalanlar və gedənlər

Ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyası yeni tərkibdə formalaşdı. Artıq Administrasiya yeni strukturla fəaliyyətə başlayıb. 

Cebhe.info xəbər verir ki, mövcud struktur dəyişikliyinə əsasən, ilk öncə Birinci vitse-prezidentin xidməti formalaşdırılıb və prezidentin köməkçilərinin sayı 10-a çatdırılıb. Dövlət müşavirliyi institutu və Administrasiya rəhbərinin müavini vəzifəsi isə ləğv olunub, Administrasiyanın tərkibində 2 yeni struktur bölməsi - Gənclər siyasəti və idman məsələləri, habelə Elektron hökumət şöbələri yaradılıb. Prezident Administrasiyasında edilən struktur dəyişikliyi nəticəsində bəzi məmurlar vəzifələrini itiriblər. Bundan əlavə yeni postlar və yeni vəzifələrlə bağlı təyinatlar olub. 

Administrasiyadan kimlər getdi, strukturda kimlər qaldı, hansı postlar boşdur... Bir daha nəzər salaq: 

Administrasiyanın yeni strukturunun indiki vəziyyəti belədir:

Prezident Administrasiyasının rəhbəri: Ramiz Mehdiyev


Prezidentin köməkçisi: Cəmilə Abbasova

Birinci vitse-prezidentin Katibliyinin rəisi: Altay Həsənov

Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri: Azər Əmiraslanov

Prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi-şöbə müdiri: Zeynal Nağdəliyev

Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi- şöbə müdiri: Fuad Ələsgərov

Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri: Novruz Məmmədov

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri: Əli Həsənov

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri: Əli Əsədov

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri: Natiq Əmirov

Prezident Katibliyinin rəisi-prezidentin köməkçisi: Dilarə Seyidzadə

Prezidentin mətbuat katibi: Azər Qasımov

Prezidentin protokol xidmətinin rəisi: Elçin Bağırov

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri: Tələt Məcidov

Dövlət nəzarəti şöbəsinin müdiri: Eldar Nuriyev

Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri: Yusuf Məmmədəliyev

Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri: Şahin Əliyev

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri: Süleyman İsmayılov

Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri: Səadət Yusifova.

Qərara görə, Administrasiyada İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri və millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifələri ləğv edilib. İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsinin bazasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb. İndiəyədək prezidentin iqtisadi islahatlar üzrə köməkçisi olmuş Natiq Əmirov həm də həmin şöbənin müdiri təyin olunub.

İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov yeni strukturda yer almayacaq. Qeyd edək ki, Mail Rəhimov uzun illər Administrasiyada işləyib. O, hələ eks-prezident Ayaz Mütəllibov dövründə Prezident Administrasiyasında vəzifəyə gəlib. Bundan əlavə Administrasiyada dörd prezidentlə işləyən məmurlardan idi. M.Rəhimov  vəzifəyə 24.10.1991-ci il tarixində gətirilib. O, Prezidentin İcra Aparatında ölkə başçısının müşaviri xidmətində məsləhətçi, daha sonra (09.12.1991 - 12.05.1992) İqtisadiyyatın idarə edilməsinin təşkili məsələləri şöbəsinin müdiri kimi çalışıb. Elçibəy hakimiyyəti dövründə (12.05.1992 - 06.05.1993) Mail Rəhimov  Prezidentin İcra Aparatının Sosial-iqtisadi inkişaf şöbəsinə müdir təyin olunub.  

Vəzifəsindən gedən növbəti məmur Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə olub.

Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi hələlik boş saxlanılıb. Vəzifəsindən azad edilən digər yüksək vəzifəli məmur isə Vahid Əliyevdir. O, indiyə qədər prezidentin hərbi məsələlər üzrə köməkçisi vəzifəsini tuturdu. Hazırda isə bu vəzifə də Fuad Ələsgərova verilib. Yeni təyinatla  F. Ələsgərov prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.

Vəzifəsindən yola salınan digər məmur Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsini icra edən Kamal Abdullayev olub. Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbə ləğv edilib. Bu postun bazasında isə prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yaradılıb. Bu vəzifəyə hələlik təyinat yoxdur. Kamal Abdulla isə Dillər Universitetinin rektoru təyin olunub.

Qeyd edək ki, İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri postunu Vahid Axundov, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri postunu isə Kamal Abdulla tuturdu. Azərbaycan Prezident Administrasiyasının yeni strukturunda  bəzi vəzifəli şəxslər də yer almayıb.

Prezidentinin köməkçisi Tariyel Ağayev, prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev də yeni strukturda yer almayıblar.


Prezident Administrasiyasında yeni şöbə - idman və gənclər siyasəti şöbəsi yaradılıb. İdman və gənclər siyasəti şöbəsinin müdiri vəzifəsinə Yusif Məmmədəliyev təyin edilib. Y.Məmmədəliyev görkəmli alim Yusif Məmmədəliyevin nəvəsidir. O, uzun müddət Heydər Əliyev Fondunun əməkdaşı olub.

Qeyd etdiyimiz kimi, birinci vitse-prezident Mehriban Əliyevanın Katibliyinin rəisi vəzifəsinə də təyinat olub və Altay Həsənov Katibliyin rəisi təyin edilib.
Amma hələ də təyinat gözləyən vəzifələr var. Gözlənilir ki, yaxın günlərdə bu yerlərə də təyinatlar olacaq.

 

Aktual.az

Xəbər 8540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR