Prezident Administrasiyası üçün yeni bina tikiləcək

Prezident Administrasiyası üçün yeni bina tikiləcək

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasıüçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.
 
Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 30 sot (2983.93 kvadratmetr) ərazi ayrılıb.Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.
 
Binanın tikintisini "Kontinent İnşaat” MMC həyata keçirəcək.
 
Aktual.az
Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR