Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

 Prezident İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Aktual.az xəbər verir ki, sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Gözəl Tahir Abdolbari oğlu

Qayıbov Fərid Fazil oğlu

Məmmədov Elxan Salhab oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Axundzadə Ağayar Əbdüləzim oğlu

Babayev Nağı Məcidoviç

Davudov Vaqif Cəlil oğlu

Əhmədov Kamal Məhəmməd oğlu

Əliyev Qərib Tələt oğlu

Hüseynov Firat Alışan oğlu

Meftahəddinova Zemfira Əli qızı

"Əməkdar jurnalist”

Şirəliyev Aslan Bəybala oğlu

"Əməkdar həkim”

İsgəndərov Kamil Vəliyullah oğlu.

Bundan başqa, Prezident Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə də sərəncam imzalayıb.


 
Aktual.az
Xəbər 128 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR