Portağaldan çıxan qorxunc maddə nədir? - Video

Portağaldan çıxan qorxunc maddə nədir?   - Video

Naməlum maddə məhsula əlavə edilən dərman vasitələrinin təsirindən yarana bilər.


Aktual.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov portağalda rast gəlinən analoji fakt barədə danışarkən deyib.

Onun sözlərinə görə, məhsulun içindən çıxan naməlum əlavənin yaranmasının bir çox səbəbi var:

“İstehlakçilar onu bilməlidirlər ki, bəzi məhsulları yetişdirmək üçün onlara iynə ilə dərman yeridilir. Bu məhsullar kəsilən zaman içindən çıxan naməlum maddə həmin dərman vasitəsinin təsirindən yarana bilər.

Bu, həqiqətə uyğun və ya həqiqətdən çox uzaq da ola bilər. Əksər hallarda bəzi insanlar məqsədli şəkildə bu cür kampaniyalar aparırlar”.

Qeyd edək ki, sosial şəbəkələrdə müştərilərdən birinin yayımladığı videoda portağalın içində mənşəyi məlum olmayan preparata bənzər maddə aşkarlanıb.

Bir neçə gün öncə isə marketlərdə satılan bananlarda qanabənzər qırmızı ləkələr aşkarlansa da, Səhiyyə Nazirliyi ləkələrin insan orqanizmi üçün təklükəli olmadığını bildirmişdi.

Xəbər 566 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR