Poroşenkodan Saakaşvili ilə bağlı AÇIQLAMA

Poroşenkodan Saakaşvili ilə bağlı AÇIQLAMA
  • DÜNYA

Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili ilə bağlı məsələyə müdaxilə etməyəcəyini deyib.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, P. Poroşenko Litva prezidenti ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib ki, bu məsələyə heç vaxt maraq göstərməyib: "Bu işə qarışan deyiləm. Heç vaxt maraq göstərməmişəm, göstərməyəcəyəm də. Biz obyektiv, ədalətli, qərəzsiz istintaq aparıb, o cür də məhkəmə təmin etməliyik. Bunu mən edə bilərəm və zəmanət də verirəm”.
Qeyd edək ki, M. Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.
 
Aktual.az
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR