“Poroşenko Ukrayna xalqının düşmənidir” – Savçenko

“Poroşenko Ukrayna xalqının düşmənidir” – Savçenko
  • DÜNYA

Radanın deputatı Nadejda Savçenko prezident Pyotr Poroşenkonu Ukrayna xalqının düşməni adlandırıb

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o bu barədə yerli telekanallardan birinə müsahibəsi zamanı deyib.

"Mən onu opponentim hesab etmirəm, xalqımın düşməni sayıram”.

Savçenko prezidenti yalnız 1 dəfə azad olunduqdan sonra gördüyünü, yarım ildən artıq müddətdir ki, prezident administrasiyasından heç kəslə görüşmədiyini dilə gətirib.

Pyotr Poroşenko ilə yeni görüşünün olması ehtimallına isə deputat "Yox. Bilirsiz, səhərlər belə axmaq arzularla oyanmıram” –deyə cavab verib.
O, həmçinin prezident olmaq istədiyini də deyib.
 
Aktual.az
Xəbər 642 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR