Polşada NATO hərbi qüvvələrinin təlimləri başladı

Polşada NATO hərbi qüvvələrinin təlimləri başladı

Ojiş şəhərində keçirilən təlimlərdə 2.5 min hərbçi iştirak edir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təlimlər Polşa hərbi qüvvələrinin iştirakı ilə keçirilir.

Briqada generalı Yaroslav Qromadzinskiy bildirib ki, "PUMA” əməliyyatları altında baş tutan təlimlər briqada tərkibinə yeni batalyon daxil olduqda komandanlıq elementlərinin sinxronlaşdırılması məqsədi daşıyır.

Əsgərlər ərazinin müdafiəsi təlimlərində iştirak edəcək, komandirlər isə çoxmilli əsgər qruplarının idarə olunması yollarını sınaqdan keçirəcək. Batalyon 15-ci mexanikləşdirilmiş briqadaya tabedir. Ona görə biz batalyonu briqadadan idarə edəcəyik.

Təlimlərdə bütün növ hərbi texnikadan – tanklardan, piyada qoşunu döyüş avtomobillərindən, artilleriyadan və hava hücumundan müdafiə sistemlərindən istifadə olunur.

2016-cı ildə keçirilən sammitə Latviya, Litva, Estoniya və Polşada NATO qüvvələrinin bu ölkələrdə yerləşdirilməsinə dair qərar qəbul olunmuşdu.
 
Aktual.az
Xəbər 605 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR