“Polşa İpək yolunun inşasında iştirak edə bilər” - Prezident

“Polşa İpək yolunun inşasında iştirak edə bilər” - Prezident

"Polşa Azərbaycan, Gürcüstan, Ukrayna və digər Avropa ölkələrini birləşdirəcək nəqliyyat dəhlizinin inkişafına dəstək verə bilər”.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə Polşa prezidenti Ancey Duda Tbilisidə keçirilən beynəlxalq "Krynica İqtisadi Forumu”nda çıxışında deyib.
A.Duda qeyd edib ki, Polşa həmçinin İpək yolunun inşasında da iştirak edə bilər.

Dövlət başçısı çıxışında Gürcüstanın Cənubi Qafqazda Polşanın vacib tərəfdaşı olduğunu bildirərək, iki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Aktual.az
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR